×
A
A
A
Sazlamalar

İlin ikinci Ay tutulması başlayıb

Bakı, 18 sentyabr, AZƏRTAC

2024-cü ilin ikinci Ay tutulması başlayıb.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb və saat 08:47-də sona çatacaq. Tutulmanın maksimumu saat 06:44-də baş verəcək. Saat 06:12-də qismən tutulma başlayacaq və saat 07:15-də sona çatacaq. Saat 04:41-də yarımkölgəli tutulma başlayacaq və saat 08:47-də sona çatacaq.
2024-cü ilin ikinci Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkündür.
Azərbaycan ərazisində saat 04:41-dən 06:19-dək yarımkölgəli Ay tutulması müşahidə ediləcək.

 

Elm və təhsil 2024-09-18 04:41:00