Berlində əyləncə gəmisində baş verən insident nəticəsində 30 nəfər yaralanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Berlində Şpre çayında əyləncə gəmisinin üst göyərtəsinin bir hissəsinin çökməsi nəticəsində 30 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti yanğınsöndürmə xidmətinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, gəmidə 100-ə yaxın insan olub. Hadisə nəticəsində 3 nəfər ağır, 27 nəfər isə yüngül xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisənin səbəbi ilə bağlı hələlik məlumat verilməyib.
İtaliyanın sabiq Baş naziri: Tezliklə Avropada təhlükəsizliyi təmin etmək üçün tək qalacağıq
Vyetnam parlamenti hökumətin yeni tərkibini təsdiqləyib
Ankarada Türkiyə ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
ABŞ nümayəndə heyəti Ukrayna barədə sualları cavablandırmayıb