Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib
Bakı, 18 sentyabr, AZƏRTAC
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ikinci sui-qəsd cəhdindən sonra respublikaçı rəqibi Donald Trampa zəng edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Harris və Tramp səmimi, qısa söhbət ediblər. Harris ABŞ-ın keçmiş prezidentinə “onunla hər şeyin yaxşı olduğuna sevindiyini” deyib.
Daha əvvəl Tramp bildirib ki, bazar günü ona qarşı yeni hücumun səbəbi Prezident Co Bayden və vitse-prezident Kamala Harrisin ritorikası olub.
Serbiyada gələn ilin sonunda və ya 2027-ci ilin əvvəlində seçkilər keçiriləcək
İngiltərədə qan xərçəngi ilə mübarizədə yeni müalicə üsulu tətbiq olunacaq
Vuçiç İsrail-İran münaqişənin neftin qiymətinə təsirindən danışıb