Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir
Bakı, 18 sentyabr, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi ilə “IFOP-Fiducial” sosial xidmətinin tərtib etdiyi fransız siyasətçilərinin populyarlıq reytinqində 44-cü yerə düşüb.
AZƏRTAC xəbər verir ki, dərc edilmiş məlumatlara görə, min respondentin yalnız 31 faizi prezidentə müsbət münasibət bildirib.
“Paris Match” qeyd edir ki, bu, hazırkı dövlət başçısının ölkə prezidentliyinə namizədliyini irəli sürməyi yenicə planlaşdırdığı 2017-ci ildən bəri bu reytinqdə ən aşağı mövqedir. Makron eyni təşkilatın tərtib etdiyi iyul reytinqində 40-cı yerdə qərarlaşmışdı.
Yeni göz damcıları görmə itkisini yavaşlada bilər - TƏDQİQAT
Misir XİN: Aİ-dən 4 milyard avro maliyyə yardımı alacağımızı gözləyirik
Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır
Almaniya İnkişaf Bankı Misirin təmiz enerji layihələrinə növbəti maliyyə yardımı ayırır