Milli Teatrda iki yeni tamaşa hazırlanacaq
Bakı, 17 sentyabr, AZƏRTAC
Akademik Milli Dram Teatrında iki yeni tamaşa hazırlanacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yaradıcılıq işlərinə başlanılan yeni səhnə əsərləri Xalq yazıçıları Elçinin “Baş” və Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanları əsasında hazırlanacaq eyniadlı tamaşalardır.
“Baş” Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadənin səhnələşdirməsi və quruluşçu rejissorluğu ilə ərsəyə gələcək. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhimov, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.
“Sehrbazlar dərəsi”nin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skaramoxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.
Tamaşada Xalq artistləri Əli Nur, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Rövşən Kərimduxt, Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, aktyorlar Elnur Qədirov, İlahə Həsənova və Tural İbrahimov çıxış edəcəklər.
ADA Universitetində “Bir Yurdun Manifesti gəncliyin gözü ilə” adlı rəsm sərgisi keçirilib
COP29 zamanı ölkə qastronomiyasının təbliği ilə bağlı layihələr nəzərdə tutulub
Praqada Ermənistanın mina terrorunun qurbanlarına həsr olunmuş fotosərgilər açılıb
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olunub
Rusiyanın Orenburq vilayətində Füzulinin 530 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi olacaq