İranın Livandakı səfiri peycerin partlaması nəticəsində yaralanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
İranın Livandakı səfiri Müctəba Əmani şəxsi peycerinin partlaması nəticəsində yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mehr dövlət agentliyi məlumat yayıb. Hadisənin digər təfərrüatları açıqlanmayıb.
Livanın NNA milli xəbər agentliyinin məlumatına görə, Beyrutun cənub ətraflarında və ölkənin digər bölgələrində peycerlərin partlaması nəticəsində onlarla insan yaralanıb. Rabitə qurğularının “yüksək texnoloji müdaxilə” nəticəsində partladığı qeyd olunub.
Livanın səhiyyə naziri xəsarət alanların sayının yüzə çatdığını bildirib. Nazırlik ölkədəki bütün xəstəxanaları partlamış qurğuların sahiblərinə təcili yardım göstərmək üçün maksimum hazırlıq rejiminə keçməyə çağırıb.
Mediada yayılan məlumatına görə, peycerlər Hizbullah hərəkatı tərəfindən qapalı rabitə sistemi kimi istifadə olunur.
Ankarada “Discord” mesencerinə girişin bloklanmasının səbəbləri açıqlanıb
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
Melinda Frenç Qeyts: Bütün dünyada qadınların sağlamlığına etinasız yanaşılır
Slovakiyada Baş nazirə qarşı sui-qəsd terror aktı hesab edilməyib
“Netflix” Qabriel Markesin romanı əsasında serialın premyerasının tarixini açıqlayıb