Britaniyanın xarici işlər naziri: İqlim dəyişikliyi terrordan daha fundamental təhlükədir
London, 17 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi iqlim dəyişikliyinin terrorizmdən daha fundamental təhlükə olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Devid Lemmi Londonda, “Kew Gardens”da ölkənin xarici işlər naziri kimi ilk çıxışını edib.
O, iqlim dəyişikliyinin ölkənin xarici siyasətinin əsas mövzusu olacağını vurğulayıb və Böyük Britaniyanın təmiz enerjinin yayılmasını sürətləndirmək üçün qlobal təşəbbüsə start verəcəyini açıqlayıb. Nazir bildirib ki, Birləşmiş Krallıq inkişaf etməkdə olan ölkələrə bərpaolunan enerjinin tətbiqində kömək etməli və Karib kimi regionların iqlim hadisələrinin təsirlərindən bərpa olunmasına dəstək verməlidir.
Devid Lemmi, həmçinin qeyd edib ki, iqlim dəyişikliyi böhranının həlli Böyük Britaniya iqtisadiyyatı üçün də artım imkanları yaradacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Türkiyə Prezidentinin Asiya ölkələrinə səfəri başlayıb
Ukrayna ordusunda “Dron xətti” yaradılır
Etna vulkanı yenidən aktivləşib
Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb