“Lokomotiv və vaqonlar” tamaşası Kukla Teatrının səhnəsində
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycan Dövlət Kukla Teatrında Sevinc Elsevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, əsərə teatrın baş rejissoru Prezident mükafatçısı Anar Məmmədov quruluş verib. Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalovdur.
Tamaşada uşaqlara köhnə qatar stansiyasındakı qoca və lovğa Lokomotivin timsalında xudbinlik və kobudluğun lazımsız xüsusiyyət olduğu, bu keyfiyyətlərin ətrafdakılar tərəfindən daim mənfi qarşılandığı göstərilir.
Günlərin bir günü deyingən Lokomotivdən bezən vaqonlar platformada peyda olan yeni Lokomotivin yanına gedirlər. Gənc və mehriban, nəzakətli və işgüzar yeni Lokomotiv onların çox xoşuna gəlir.
Təbii ki, köhnə dostlarını da unutmayan vaqonlar bununla qoca Lokomotivə yaxşıca dərs verirlər. Sonra yenidən onun yanına qayıdırlar. O da buna çox sevinir. Onlar birlikdə sevinclə sərnişinlərə xidmət etməyə davam edirlər.
Səhnə əsərində Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Səriyyə Mansurova, Cavid Telman, Yasin Abbasov və Səbinə Məmmədova iştirak edirlər.
ADA Universitetində “Bir Yurdun Manifesti gəncliyin gözü ilə” adlı rəsm sərgisi keçirilib
COP29 zamanı ölkə qastronomiyasının təbliği ilə bağlı layihələr nəzərdə tutulub
Praqada Ermənistanın mina terrorunun qurbanlarına həsr olunmuş fotosərgilər açılıb
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olunub
Rusiyanın Orenburq vilayətində Füzulinin 530 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi olacaq