Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun layihəsini qəbul edib
Tbilisi, 17 sentyabr, AZƏRTAC
Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi 84 səs çoxluğu ilə qəbul olunub.
Layihəyə əsasən, amnistiya 5000-dən çox məhkuma şamil ediləcək. Onlardan 1000-dən çoxu dərhal penitensiar müəssisəni tərk edəcək, 4000-dən çox məhkumun isə cəzası azaldılacaq.
Şərti cəzanın bir il müddətinə azaldılması təxminən 22 min nəfərə şamil ediləcək ki, onların da təxminən 7 min nəfəri probasiya sistemindən çıxacaq.
Amnistiya yetkinlik yaşına çatmayan və qadın məhkumlara daha yüngül tədbirlər müəyyən edir.
Amnistiya qətl törətmiş şəxslərə, narkotik vasitələrin satıcılarına, cinsi cinayətlərə, quldurluğa, terrorizmə, korrupsiya və vəzifə cinayətlərinə, kriminal aləmə, konvensiya cinayətlərinə və bəzi ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına şamil edilməyəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
“Boeing” yanvarda 45 təyyarə istehsal edib
Fransisk: Miqrantların deportasiyası insan ləyaqətinə xələl gətirir
İsveçdə media sənayesi risklərlə üzləşib
Britaniya polad tarifləri ilə bağlı ABŞ-la əməkdaşlığa hazır olduğunu bəyan edib
Kaliumla zənginləşdirilmiş duz təkrarlanan insult riskinin azaldılmasına ümid yaradir - TƏDQİQAT