Fransa Milli Assambleyasının Bürosu Makronun impiçment prosedurunu təsdiqləyib
Paris, 17 sentyabr, AZƏRTAC
Milli Assambleyanın Bürosu “Əyilməz Fransa” (La France insoumise-LFİ) siyasi partiyasının Emmanuel Makronun istefası ilə bağlı irəli sürdüyü impiçment prosedurunu məqbul hesab edib.
AZƏRTAC xəbər verir ki, LFİ tərəfindən irəli sürülən təklif 12 səs lehinə və 10 səs əleyhinə olmaqla qəbul edilib.
“Bu təklif və müzakirələr bizim institutlarımıza qarşı müharibə elanıdır", - deyə Milli Assambleya çıxışı zamanı “Respublika naminə birlikdə” (Ensemble pour la République) partiyasından deputatların rəhbəri, sabiq Baş nazir Qabriel Attal bildirib.
Qeyd edək ki, impiçment təklifi hüquq komitəsinə göndəriləcək.
İspaniyada ənənəvi öküz qaçışı zamanı bir neçə nəfər xəsarət alıb
Bolqarıstan gələn il yanvarın 1-dən avrozonaya daxil olacaq
Almaniyanın naziri: Aİ Tramp ilə ədalətli ticarət sövdələşməsinə nail olmasa, əks tədbirlər görəcək