Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları gənc güləşçilərlə görüşüblər
Bakı, 17 sentyabr, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba Tədris İdman Bazasında sərbəst güləş üzrə açıq məşq təşkil olunub.
Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, açıq məşqdə uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi-müəllimləri, yeniyetmə və gənc güləşçilərdən ibarət idmançılar iştirak ediblər. İdmançıların yarışlara hazırlığı, texnika və taktikanın yüksəldilməsi mövzusunda keçirilən açıq məşqdə fikir mübadiləsi aparılıb, idmançılara bir sıra tapşırıqlar verilib.
Tədbirdə iştirak edən AGF-nin baş katibi Nəsimi Musayev, federasiyanın İcraiyyə Komitəsinin üzvü, olimpiya və 3 qat Avropa çempionu, 3 qat dünya ikincisi Namiq Abdullayev, Milli Olimpiya Komitəsinin “Ədalətli Oyunlar” komissiyasının sədri dünya və 2 qat Avropa çempionu Xəzər İsayev, qadın güləşi üzrə millinin böyük məşqçisi, olimpiya və 2 qat Avropa çempionu, dünya ikincisi Toğrul Əsgərov, 2 qat olimpiya mükafatçısı, 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev gənc idmançılara dəyərli məsləhətlər veriblər.
Məşqin təşkil olunmasının əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin və güləşin təbliğ olunması, məşhur idmançılarla yeniyetmə və gənc idmançıların görüşünün təşkili və güləşin inkişaf etdirilməsindən ibarət olub.
Tədbirin sonunda, açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib.
Azərbaycan Voleybol Federasiyasının nümayəndələri beynəlxalq komissiyalara üzv seçiliblər
“Mançester Yunayted”in məşq prosesini gizli saxlamaq üçün nəhəng divar inşa edilib
Gənclər və İdman Nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub
Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim
Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib