Viktor Orban beynəlxalq planlarını təxirə salıb
Budapeşt, 17 sentyabr, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban ölkədə davam edən daşqınlar səbəbindən beynəlxalq planlarını təxirə salmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, Macarıstan hökumətinin başçısı bu qərarını “X” sosial şəbəkəsində açıqlayıb.
Macarıstan hökumətinin başçısı Avropa Parlamentindəki çıxışını, bu həftənin sonunda Vatikana səfərini ləğv edib və Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etməyəcəyini bildirib. O, paylaşımında qeyd edib ki, BMT Baş Assambleyasında Macarıstanı xarici işlər naziri Peter Siyarto təmsil edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
3 ölkə Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib
“Santander” bankı Britaniyada filiallarının dörddə birini bağlayacaq
Volodimir Zelenski ABŞ Prezidenti ilə telefon danışığının ilkin nəticələrini açıqlayıb