Dünya çempionatında qızıl medal qazanmış Azərbaycan gimnastları Vətənə dönüblər
Bakı, 17 sentyabr, AZƏRTAC
Portuqaliyanın Qimarayeş şəhərində keçirilmiş dünya yaş qrupları yarışları və gənclər arasında dünya çempionatında qızıl medal qazanmış Azərbaycanın akrobatika gimnastları Vətənə dönüblər.
AZƏRTAC xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, azarkeşlər, idmançıların yaxınları və media mənsubları qarşılayıblar.
13-19 yaş kateqoriyasında çıxış edən Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadın qrupu İsrail və Portuqaliyadan olan rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Yarışda həmçinin, milli komandanın üzvlərindən Dinara İbadova, Qəşəng Ağamoğlanlı, Ceyla Əlizadə, Diana Məmmədova, Safiya Babayeva, Firuzə Qasımzadə, Ayan Hacılı, Aylin Məmmədova və Jasmin Əliyeva da mübarizə aparıblar.
Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim
Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib
Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb
Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb
“Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub