Fransa Milli Assambleyası Makronun impiçment prosedurunun məqbul olmasına qərar vermək üçün toplaşıb
Paris, 17 sentyabr, AZƏRTAC
Fransa V Respublika tarixində heç vaxt deputatlar prezidentin vəzifədən potensial kənarlaşdırılmasını müzakirə etməli olmayıblar. Lakin Mişel Barnyenin təyinatından sonra görünməmiş demokratik böhran kontekstində sentyabrın 17-də Milli Assambleyanın ali icraedici orqanı olan Bürosu “Əyilməz Fransa” (La France insoumise-LFİ) siyasi partiyasının Emmanuel Makronun istefası ilə bağlı irəli sürdüyü impiçment prosedurunun məqbul olduğuna qərar vermək üçün toplaşıb. Qətnamə layihəsi 81 deputat tərəfindən imzalanıb.
AZƏRTAC xəbər verir ki, sosialist deputatlar bu təklifə baxılmasına qarşı çıxmayacaqları, lakin bunun əleyhinə səs verəcəkləri ilə bağlı xəbərdarlıq ediblər.
Solçular hesab edirlər ki, E.Makron prezident səlahiyyətlərini aşıb, öz vəzifəsini yerinə yetirmir.
Milli Assambleyada (MA) “Əyilməz Fransa” partiyasının deputatlarının sədri M.Pano bu təklifin Makronun güc işlədərək demokratiyaya qarşı etdiyi çevrilişinə cavab olduğunu bildirib.
Əgər Milli Assambleyanın Bürosu icazə verərsə, E.Makronun mühakimə edilməsi üçün Ali Məhkəmənin çağırılmasının mümkünlüyü hüquq komitəsində, sonra isə Milli Assambleyanın sessiyasında müzakirə olunacaq.
Avropada gənclərin rifahının aşağı düşməsinin arxasında nə dayanır? - ARAŞDIRMA
Ərdoğan: Türkiyə zəlzələlər zamanı Azərbaycanın köməyini unutmayacaq
Berlin Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyünə dair növbəti Zirvə toplantısına ev sahibliyi edib
“Axios”: Seçkilər yaxınlaşdıqca Bayden və Harrisin komandaları arasında gərginlik artır