Qazaxıstan Almaniya bazarına neft tədarükünü artırmağa hazırdır
Astana, 17 sentyabr, AZƏRTAC
Etibarlı tərəfdaş və Almaniyaya enerji resurslarının ən böyük təchizatçılarından biri olan Qazaxıstan alman bazarına neft ixracını artırmağa hazırdır.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlət başçılarının Almaniyanın federal kansleri Olaf Şolts ilə görüşündə iştirak edərkən bildirib.
Prezident qeyd edib ki, Qazaxıstan karbohidrogen ehtiyatlarının uzunmüddətli və sabit tədarükünü təmin etmək üçün alman tərəfdaşlarının gələcək dəstəyinə ümid edir.
“Dövlətlərimizin davamlı tərəqqisi üçün alternativ enerji mənbələrinə keçidlə bağlı birgə fəaliyyətin intensivləşdirilməsini vacib hesab edirəm. Biz hidrogen enerjisinin inkişafı sahəsində qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğumuzu bildiririk”, -deyə Kasım-Jomart Tokayev bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
“Tiencou-9” 6,5 ton yükü Çinin kosmik stansiyasına çatdıracaq
Deputat: Əbu-Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi
Karnak və Morbihan sahillərinin meqalitləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib
Cənubi Koreyada tibb tələbələrinin 17 aylıq boykotu başa çatır
İtaliya hökuməti: Qütbləşmədən tariflərlə bağlı danışıqları davam etdirmək vacibdir