“Intel” çip istehsalı zavodunun inşasını təxirə salıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Çip istehsalı üzrə aparıcı kompaniyalardan biri olan “Intel” Almaniyanın Maqdeburq şəhərində yeni zavodun inşasını dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə kompaniyanın rəhbəri Pat Gelsinger bildirib. Onun sözlərinə görə, maliyyə çətinliyinə və qənaət proqramına görə layihənin inşası iki il gecikdirilə bilər.
Bundan başqa, Polşada inşası planlaşdırılan digər çip zavodu layihəsinə də fasilə verilib. Kompaniya yaxın gələcəkdə İrlandiyadakı istehsal müəssisəsi vasitəsilə Avropadakı potensialını artırmağı hədəfləyir.
Bildirilir ki, son maliyyə rübündə “Intel” bir milyard dollar zərərə uğradığını elan edib və analitiklər gələn ilin də qənaətbəxş olmayacağını gözləyir. Bu səbəbdən kompaniya 2025-ci ildə on milyard dollardan çox vəsaitə qənaət etmək istəyir. Avqustun əvvəlində 15 minə yaxın iş yerinin ixtisar olunacağı açıqlanıb ki, bu da şirkətin işçi qüvvəsinin təxminən 15 faizini təşkil edir.
Ankarada “Discord” mesencerinə girişin bloklanmasının səbəbləri açıqlanıb
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
Melinda Frenç Qeyts: Bütün dünyada qadınların sağlamlığına etinasız yanaşılır
Slovakiyada Baş nazirə qarşı sui-qəsd terror aktı hesab edilməyib
“Netflix” Qabriel Markesin romanı əsasında serialın premyerasının tarixini açıqlayıb