İngiltərə klubunun futbolçusu millidən kənarlaşdırılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Bosniya və Herseqovina millisinin və İngiltərənin “Şeffild Yunayted” komandasının futbolçusu Anel Ahmedhodziç yığmadan kənarlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, daha əvvəl müvəqqəti olaraq millidə oynamaqdan imtina edən 26 yaşlı müdafiəçi yığmanın həkimlərini tənqid etdiyi üçün diskvalifikasiya olunub.
Milli komandanın texniki direktoru, sabiq futbolçu Emir Spahiç də futbolçunun bu hərəkətini pisləyib.
Qeyd edək ki, Anel Ahmedhodziç Bosniya və Herseqovina millisinin heyətində 24 matçda 1 qolla yadda qalıb.
"Azərreyl" klubunun prezidenti: Əldə olunan nəticə Azərbaycan voleybolu üçün böyük uğurdur
Millətlər Liqası: Türkiyə və İtaliya 4 topla qalib gəlib
"Azərreyl"in meneceri: Çətin tapşırığın öhdəsindən üzüağ çıxmağı bacardıq
Avropa Kubokunun qalibi olan "Azərreyl"in qadın və kişilərdən ibarət komandaları Vətənə qayıdıblar
Fernandu Santuş: Emrelinin qırmızı vərəqə alması oyunun qırılma nöqtəsi oldu