AFFA İntizam Komitəsi üç klubu cərimələyib
Bakı, 17 sentyabr, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə ev sahibi klub 800 manat cərimə edilib.
“Şamaxı” – “Sumqayıt” qarşılaşmasında bölgə təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığına üçün klub 700 manat cərimə olunub. Həmin görüşdə “Sumqayıt”ın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə “kimyaçılar” 500 manat ziyana düşüb.
İkiqat Olimpiya iştirakçısı Azərbaycan gimnastlarına ustad dərsi keçib
“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib
Misli Premyer Liqası: “Kəpəz” bu mövsüm ilk qələbəsini “Neftçi” üzərində qazanıb
Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəni darmadağın edib
Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar