Aİ Rusiya aktivlərinin 1,4 milyard avroluq gəlirini Ukraynaya yönəldib
Bakı, 17 sentyabr, AZƏRTAC
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan 1,4 milyard avro mənfəəti Ukraynaya hərbi yardım göstərmək üçün istifadə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis bildirib. Onun bəyanatını Avropa Komissiyasının mətbuat xidməti yayıb.
"Rusiya aktivlərindən əldə edilən gəlirin birinci tranşı həyata keçirilib. Avropa Sülh Fondu vasitəsilə artilleriya sursatları və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, prioritet avadanlıqların tədarükü üçün 1,4 milyard avro ayrılıb. Sifarişlər Ukrayna müdafiə sənayesi tərəfindən yerinə yetirilir”, - deyə sənəddə qeyd olunur.
Aİ ölkələri Rusiyaya qarşı sanksiyaların 17-ci paketini razılaşdırır
Hindistan-Pakistan hərbi gərginliyi Fransanın “Rafale” təyyarəsinin ugursuzluğunu nümayiş etdirib
Türkiyənin Amasya vilayətində iki zəlzələ olub
Tramp reseptlə verilən dərmanların qiymətlərini 30–80 faiz endirəcəyini vəd edib
Tullantıların azaldılması Avropada hər il 250 min insanın həyatını xilas edə bilər