Azərbaycanı dünya birinciliyində üç ağırlıqqaldıran təmsil edəcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan ağırlıqqaldıranları İspaniyanın Leon şəhərində keçiriləcək gənclər arasında dünya birinciliyində iştirak edəcəklər.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda Elşən Məmmədov (61 kiloqram), Ravin Alməmmədov (81 kiloqram) və Nurlan Məmmədzadə (89 kiloqram) gücünü yoxlayacaq.
60-a yaxın ölkədən 367 (168 qadın + 199 kişi) idmançının mübarizə aparacağı turnir sentyabrın 19-27-də baş tutacaq.
UFC-nin prezidenti: Azərbaycana gəldiyim üçün çox xoşbəxtəm
Azərbaycanda ilk dəfə UFC turniri keçirilib
Rafael Fiziyev: Azərbaycan xalqı xoşbəxt olmağa layiqdir
UFC: Rafael Fiziyev çilili idmançıya qalib gəlib
Klublararası dünya çempionatı: “Borussiya” və “İnter” qələbə qazanıblar