“Gəncə” mövsümlərarası fasilədə ilk legioner basketbolçu transferini həyata keçirib
Bakı, 17 sentyabr, AZƏRTAC
“Gəncə” komandası mövsümlərarası fasilədə ilk legioner basketbolçunu heyətinə cəlb edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “sarı-göylər” ABŞ-dan olan oyunçu Marqus Gilsonun transferini rəsmiləşdirib. Mərkəz oyunçusu mövqeyində çıxış edən 25 yaşlı basketbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
M.Gilson son mövsümü Gürcüstanda keçirib. O, “Kutaisi” ilə ölkə çempionu olub.
Bu gün Misli Premyer Liqasının sonuncu turun oyunlar keçiriləcək
Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq
“Napoli” İtaliya çempionu olub