Yaponiyada uzunömürlülərin sayı 95 mini ötüb
Pekin, 17 sentyabr, AZƏRTAC
Yaponiyada uzunömürlü insanların sayı 95 mini ötərək, yeni rekord müəyyən edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi açıqlama yayıb. Bildirilib ki, ölkə üzrə yaşı 100 və daha yuxarı sakinlərin sayı 95 min 119 nəfərə çatıb. Uzunömürlü insanların 88 faizini qadınlar təşkil edir.
Nazirliyin açıqlamasına görə, uzunömürlülərin sayı əvvəlki illə müqayisədə 2 min 980 nəfər artıb. Ümumiyyətlə, Yaponiyada ardıcıl 54 ildir uzunömürlülərin sayında rekord qeydə alınır. Hazırda Yaponiyanın ən uzunömürlü vətəndaşı isə 116 yaşlı xanım İtooka Tomikadır. Ən yaşlı kişi 110 yaşlı Mizuno Kiyotakadır.
Qeyd edək ki, Yaponiya uzunömürlülər diyarı kimi tanınır. Əgər 1963-cü ildə ölkədə yaşı 100-dən çox olan 153 nəfər var idisə, 1981-ci ildə bu rəqəm 1000-i, 1998-ci ildə 10 mini ötüb. Ekspertlər yaponların çox yaşamasının sirrini sağlam qidalanmada və aktiv həyat tərzində görürlər.
İran Almaniya vətəndaşının ötən il həbs olunmasını ilk dəfə rəsmi şəkildə təsdiqləyib
Almaniyada hökumətin proqram təminatı və IT üzrə xərcləri xeyli artıb
Avropalılar 2040-cı ilədək kosmosun mənimsənilməsi konsepsiyasını təqdim ediblər
Zelenski: Ukraynada dronları ələ keçirən texnologiyaların istehsalı üzərində dörd şirkət çalışır
Yaponiyada inflyasiyanın səviyyəsi son iki ilin rekord həddinə çatıb