Sərbəst güləş üzrə Azərbaycan millisinin iki üzvü əməliyyat olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Sərbəst güləş üzrə Azərbaycan millisinin iki üzvü əməliyyat edilib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.
T. Bayramovun 5, Ə.Rzazədənin isə 6 aydan sonra milli komandanın təlim-məşq proseslərində iştirakı gözlənilir.
Çilili idmançı: Rafael Fiziyev yüksəksəviyyəli döyüşçüdür
Rusiyalı UFC döyüşçüsü: Bakıdakı turnirdə özümü hər kəsə sübut etməyə çalışacağam
Braziliyalı döyüşçü: Oktaqonda Nazim Sadıxovla gərgin döyüş olacaq
Konfrans Liqası: Bu gün “Zirə” və “Araz-Naxçıvan”ın rəqibləri bilinəcək
UFC döyüşçüsü: “Qarabağ”ın formasını özümlə ABŞ-a aparacağam