Alimlər superbakteriya ilə bağlı xəbərdarlıq edirlər
Bakı, 17 sentyabr, AZƏRTAC
Antibiotiklərə davamlı bakteriyalar (superbakteriya) növbəti 25 il ərzində 39 milyondan çox insanın həyatına son qoya bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq alimlər qrupunun Lancet tibb jurnalında dərc olunan araşdırmasında deyilir. Onların proqnozuna görə, 2050-ci ilə qədər dünyada hər il superbakteriyalardan 1,91 milyon, həmin bakteriyalarla əlaqəli xəstəliklərdən isə 8,22 milyon ölüm halı baş verəcək.
Alimlər ən çox ölüm sayının Cənub və Şərqi Asiyada, həmçinin Okeaniya və Afrikada olacağını proqnozlaşdırırlar.
Antibiotiklərin reaksiya vermədiyi bakterial patogenlər rezistent və ya superbakteriya adlandırılır. ÜST-nin statistikasına görə, əlaqəli infeksiyalar ürək xəstəlikləri və insultdan sonra dünyada üçüncü əsas ölüm səbəbidir.
ABŞ miqrantlar üçün humanitar giriş proqramını uzatmayacaq
Monteneqroda insan alveri ilə məşğul olan 13 nəfər həbs edilib
Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir
Rəqəmsal asılılıq həm fiziki, həm də ruhi sağlamlığa mənfi təsir göstərir