İsveç klubunun baş məşqçisi: “Sabah” fiziki cəhətdən güclü komandadır
Bakı, 17 sentyabr, AZƏRTAC
“Bilirik ki, “Sabah” sərt oyuna üstünlük verən və fiziki cəhətdən güclü komandadır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri FIBA Çempionlar Liqasının 1/4 final mərhələsində “Sabah”la qarşılaşacaq İsveçin "Norçeppinq" komandasının baş məşqçisi Mikko Riypinen deyib.
O, matça ciddi hazırlaşdıqlarını bildirib: “Oyunçular məşqlər zamanı necə istəkli olduqlarını göstəriblər. Xüsusən də müdafiənin yaxşı qurulması üzərində çalışmışıq. “Sabah”a qarşı matçda əsl gücümüzü nümayiş etdirmək istəyirik. Bütün diqqətimiz Azərbaycan klubu ilə oyuna yönəlib .Çempionlar Liqasında İsveçi təmsil etdiyimizə görə qürur duyuram”.
Qeyd edək ki, Türkiyənin Antalya şəhərində keçiriləcək “Sabah”-“Norçeppinq” matçı Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Bu cütün qalibi sentyabrın 19-da baş tutacaq yarımfinal oyununda İsveçrənin “Friburq” klubu ilə üz-üzə gələcək.
İkiqat Olimpiya iştirakçısı Azərbaycan gimnastlarına ustad dərsi keçib
“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib
Misli Premyer Liqası: “Kəpəz” bu mövsüm ilk qələbəsini “Neftçi” üzərində qazanıb
Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəni darmadağın edib
Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar