Azərbaycanın yeniyetmə boksçuları beynəlxalq turnirə qatılacaqlar
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın yeniyetmə boksçuları bu gün Belarusun Jabinka şəhərində start götürəcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 4 gün davam edəcək yarışda milli komandanın 8 idmançısı rinqə çıxacaq.
Baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov Jabinkada Ayxan Həsənov (48 kiloqram), Nihat Qasımov (50 kiloqram), İmran Axundov (52 kiloqram), Əflatun İsmiyev (54 kiloqram), Sübhan Babayev (57 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram) və Səfdər Məmmədzadəyə (+80 kiloqram) şans verəcək.
Komanda Bakıya sentyabrın 21-də qayıdacaq.
Azərbaycan Voleybol Federasiyasının nümayəndələri beynəlxalq komissiyalara üzv seçiliblər
“Mançester Yunayted”in məşq prosesini gizli saxlamaq üçün nəhəng divar inşa edilib
Gənclər və İdman Nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub
Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim
Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib