İranda avtobus qəzasında azı 10 nəfər həlak olub
Bakı, 17 sentyabr, AZƏRTAC
İranın Yəzd əyalətində ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 10 nəfər həlak olub.
AZƏRTAC Tasnim agentliyinə istinadla xəbər verir ki, qəza yerli vaxtla təxminən saat 02:30 radələrində baş verib. Buşəhrdən Məşhədə gedən sərnişin avtobusu Yəzd-Təbəs avtomobil yolunun 140-cı kilometrində aşıb.
İlkin məlumatlara görə, qəza nəticəsində 10 nəfər ölüb, 41 nəfərə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aralarında çoxlu qadın və uşaqların da olduğu yaralılar yaxınlıqda yerləşən xəstəxanalara aparılıb.
“Yeni Şafak” qəzeti: Fransa arxivləri erməni yalanlarını ifşa edir
Almaniyada minlərlə insan Pasxa yürüşlərində sülh tələbi ilə nümayişlər keçirib
Omanda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək
Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir