×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: "Sabah" bu gün İsveç klubu ilə qarşılaşacaq

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycanı basketbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Sabah" komandası bu gün ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, son ölkə çempionu 1/4 finalda İsveçin "Norçeppinq" kollektivini sınağa çəkəcək. Türkiyənin Antalya şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Bu cütün qalibi sentyabrın 19-da baş tutacaq yarımfinal oyununda İsveçrənin "Friburq" klubu ilə üz-üzə gələcək.

İdman 2024-09-17 10:09:00