Süni intellektin inkişafı qlobal mis çatışmazlığına səbəb olacaq
Bakı, 17 sentyabr, AZƏRTAC
“BHP Billiton” mədənçilik şirkətinin proqnozuna görə, süni intellekt texnologiyasının gələcək inkişafı kəskin mis çatışmazlığına səbəb olacaq.
AZƏRTAC “Financial Times”a istinadla xəbər verir ki, metal xərclərinin artımı məlumatların emalı mərkəzlərinin sürətlə çoxalması və müvafiq olaraq daha çox enerjitutumlu əməliyyatların aparılması ilə şərtləndirilir. Şirkətdən bildirilib ki, 2050-ci ilə qədər resursa olan qlobal tələbat 3,4 milyon ton artacaq, məlumat mərkəzləri tərəfindən mis istehlakının faizi isə 1 faizdən 7 faizə yüksələcək.
“BHP Billiton”un proqnozuna görə, qlobal mis tələbatı 2050-ci ilə qədər 52,5 milyon tona qədər artacaq.
Mis həm elektrik kabelləri, elektrik nəqliyyat vasitələri və günəş panellərinin quraşdırılması üçün olduqca mühüm materialdır. Belə yüksək tələbat resurs çatışmazlığının kəskinləşməsini şərtləndirir.
Useyn Bolt Belqradda keçiriləcək “Expo 2027” sərgisinin səfiri olub
Qazaxıstan və Çin nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq
“BigPicture” fotomüsabiqəsinin qalibləri müəyyən edilib
Qırğızıstan və Çin əməkdaşlığı genişləndirir
Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib