×
A
A
A
Sazlamalar

Milan Moda Həftəsi başlayır

Roma, 17 sentyabr, AZƏRTAC
Bu gündən sentyabrın 23-dək Milan şəhərində ənənəvi Moda Həftəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, budəfəki moda həftəsi çərçivəsində ümumilikdə 173 müxtəlif məzmunlu görüşün, 57 fiziki və 8 rəqəmsal moda nümayişinin, 75 təqdimatın və 33 tədbirin keçirilməsi planlaşdırılır. Bundan başqa, lüks brendlər yeni kolleksiyalarını təqdim edəcəklər.
İlk gün “Palazzo Giureconsulti”də açılış mərasimi keçiriləcək. Sentyabrın 22-də isə “Fashion Awards 2024” tədbiri, eyni zamanda, “La Skala” teatrında mükafatların təqdimetmə mərasimi baş tutacaq.
“Milan Moda Həftəsinin hər buraxılışında şəhərimizlə moda dünyası arasında əlaqə yeni ruh yüksəkliyi ilə güclənir”, - deyə Milanın meri Cüzeppe Sala tədbirin əhəmiyyətini qeyd edərkən bildirib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2024-09-17 05:56:00