Budapeştdə son 10 ilin ən böyük daşqını gözlənilir
Budapeşt, 17 sentyabr, AZƏRTAC
Budapeştdə son 10 ilin ən böyük daşqını proqnozlaşdırılır.
AZƏRTAC mer Qerqey Karaçonun feysbukdakı paylaşımına istinadla xəbər verir ki, Budapeşt Şəhər Şurasının şirkətləri və qurumları paytaxtın daşqından qorunması ilə bağlı işə yaxşı hazırlaşıblar. Dunay çayının hər iki sahilində nəqliyyatın hərəkəti dayandırılıb. Budapeştin şimalında Romaya sahil boyunca dörd kilometr uzunluğunda qum torbalardan ibarət damba tikilib. Karaçon, Margaret adasının da torbalarla qorunacağı söylənilib.
Prezident Tamas Şuyok bildirib ki, su ehtiyatlarının idarə edilməsi sahəsindəki ekspertlər Karpat hövzəsindəki bir neçə çayın sahələrində suyun səviyyəsinin rekord həddə çatacağını və daşqının tezliklə paytaxta çatacağını proqnozlaşdırırlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Finlandiyada helikopterlərin toqquşması nəticəsində beş nəfər həlak olub
Almaniya 2024-cü il üzrə iqlim hədəflərinə formal olaraq çatıb
İrakli Kobaxidze: Regionda həyata keçirilən layihələr Avropa İttifaqı üçün də çox vacibdir
Gürcüstanda Ailə Müqəddəsliyi Günü ilə əlaqədar yürüş keçirilib
Papa XIV Leonun andiçmə mərasimində 200-dən çox nümayəndə heyəti iştirak edəcək