Sədərəkdə müəllim və şagirdlər ilk dərs günündə məktəbə velosipedlərlə gəliblər
Naxçıvan, 16 sentyabr, AZƏRTAC
Bu gün Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə də Bilik Günü qeyd edilib, yeni tədris ilinin ilk zəngi çalınıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məktəb kollektivi yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər.
Sağlam həyat tərzini hər şeydən üstün tutan kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın mesajını verməklə yanaşı “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə də özünəməxsus töhfələrini veriblər.
Qeyd edək ki, bu ənənə Dəmirçi kəndində də davam etdirilib və hər iki kənddəki məktəbin həyətində velosiped dayanacaqları quraşdırılıb.
Daşkəsən rayonunda şəhid anaları ilə görüş keçirilib
Ordubad şəhərində vətəndaşlarla görüş olub, onları narahat edən məsələlər dinlənilib
Ağdamda “Mercedes” və “VAZ” avtomobilləri toqquşub