ABŞ bəzi gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq edib
Tbilisi, 16 sentyabr, AZƏRTAC
ABŞ insan haqlarını ciddi şəkildə pozduqlarına görə gürcü rəsmilərinə və ekstremistlərə sanksiya tətbiq edib.
AZƏRTAC Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisi dinc nümayişçilərə və siyasi müxaliflərə qarşı zorakılığa görə Gürcüstanın iki hökumət rəsmisi, həmçinin iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Gürcüstan Hökumətinin xüsusi tapşırıqlar departamentinin rəhbəri Zviad Xarazişvili, Give Xareva və onun müavini Miller Laqazauri, “Alt-İnfo”nun təsisçisi Konstantin Morqoşiya və Zurab Maxaradze ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalıb.
Xətayi Əzizov
Monteneqroda insan alveri ilə məşğul olan 13 nəfər həbs edilib
Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir
Rəqəmsal asılılıq həm fiziki, həm də ruhi sağlamlığa mənfi təsir göstərir
Azərbaycan Qazaxıstanda uçuşların təhlükəsizliyinə dair seminarda iştirak edib