Fransanın Avropa İttifaqındakı komissarı istefa verib
Paris, 16 sentyabr, AZƏRTAC
Fransanın Avropa İttifaqındakı komissarı Tyeri Bröton Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenə göndərdiyi məktubda dərhal istefa verdiyini elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə T.Bröton tviter hesabında yazıb. O bildirib ki, E.Makronun onun mandatını yenidən təzələmək (2024-2029) təklifi Ursula Fon der Lyayen tərəfindən rədd edilib.
“Gələcək kollegiyanın tərkibini formalaşdırmaq üçün son anda mənimlə müzakirə etmədən və şəxsi səbəblərə görə Fransadan mənim adımın geri götürülməsini istədiniz”, - deyə T.Bröton istefa məktubunda şübhəli idarəçilikdən sitat gətirərək yazıb. “Buna görə də mən Avropa komissarı vəzifəsindən dərhal qüvvəyə minən istefa verirəm”, - deyə o bildirib.
Qeyd edək ki, T.Brötonun istefasından sonra Fransa dərhal istefa edən xarici işlər naziri Stefan Sejurnenin namizədliyini irəli sürüb.
“Netflix” Qabriel Markesin romanı əsasında serialın premyerasının tarixini açıqlayıb
Macarıstan Milli Bankı inflyasiyanın səviyyəsini azaltmaqda israrlıdır
Fransaya şiddətli qasırğa yaxınlaşır
Orban Avropa İttifaqını Ukrayna ilə bağlı strategiyanı dəyişməyə çağırıb
Papuaşvili: Qərb siyasətçiləri son bir ayda Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər