Paşinyan: Cənubi Qafqazda münaqişələrə son qoymaq və davamlı sülh yaratmaq üçün tarixi imkanımız var
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Bizim Cənubi Qafqazda münaqişələrə son qoymaq və regionda davamlı sülh yaratmaq üçün tarixi imkanımız var. Biz Gürcüstan hökumətinin səylərini yüksək qiymətləndiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcü həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra keçirilən brifinqdə söyləyib.
Onun sözlərinə görə, Gürcüstanın siyasəti regional və beynəlxalq sabitliyə, sülhə töhfə verməyə yönəlib. Cənubi Qafqazda əldə edilən sülhdən bəhrələnənlər təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İran olacaq.
“Gürcüstan və Ermənistan hər bir ölkənin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıyıb. Mən bu faktı Cənubi Qafqazda sabitliyə və uzunmüddətli sülhə nail olmaq üçün mühüm amillərdən biri hesab edirəm”, - deyə Nikol Paşinyan bildirib.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi
ABŞ miqrantlar üçün humanitar giriş proqramını uzatmayacaq
Monteneqroda insan alveri ilə məşğul olan 13 nəfər həbs edilib
Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir
Rəqəmsal asılılıq həm fiziki, həm də ruhi sağlamlığa mənfi təsir göstərir