İrakli Kobaxidze: Gürcüstan regionda sülhə və sabitliyə dəstək verməyə davam edəcək
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Gürcüstan Cənubi Qafqazda sabitliyi, sülh şəraitində birgəyaşayışı dəstəkləyir və bu baxımdan regiondakı çağırışların həlli prosesində birgə səylərin artırılmasının vacibliyini qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesini, xüsusilə Ermənistan hakimiyyətinin qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq səylərini alqışlayır.
"Biz regionda sülhün və sabitliyin təmin olunmasında öz rolumuzu bacardıqca oynamağa hazırıq", - deyə İ.Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Qazaxıstanda Şimali Aral dənizinin qorunub saxlanması üzrə layihələr həyata keçirilir
Arxeoloqlar İtaliyada eramızdan əvvələ aid monumental nekropol tapıblar
Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək
İtaliyanın sabiq Baş naziri: Tezliklə Avropada təhlükəsizliyi təmin etmək üçün tək qalacağıq