İnstitut direktoru: Türk dünyasının arxeoloji irsinin öyrənilməsini əks etdirən layihənin icrasına başlayacağıq
Şuşa, 16 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Biz gələn ildən etibarən türk dövlətlərinin, türk xalqlarının arxeoloji irsinin öyrənilməsini əks etdirən böyük layihənin icrasına başlayacağıq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.
“Məqsədimiz Türk dünyasının arxeoloji irsinin tədqiq olunması, ən əsası isə Qarabağda hazırda aparılan və gələcəkdə aparılacaq elmi tədqiqatlara türk dövlətlərinin arxeoloji elmi mərkəzlərini cəlb etməkdir. Tədqiqatların perspektivləri var və biz bu tədqiqatların böyük nəticələr verəcəyinə inanırıq”, - deyə Fərhad Quliyev bildirib.
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub
Naxçıvanda Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib
Naxçıvanda investorlar üçün yeni interaktiv portal istifadəyə verilib