Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Oktyabrın 5-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Türk dünyasının gənc yazarlarının I Bakı forumu keçiriləcək. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasından olan nümayəndələr iştirak edəcəklər.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar AZƏRTAC-a bildirib ki, layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin müzakirəsi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır.
Onun sözlərinə gərə, həmçinin oktyabrın 4-də Türk Mədəniyyəti və İrsi Fondu və Sosial Tədqiqatlar Mərkəzinin də tərəfdaşı olduğu layihə çərçivəsində “Türk dünyası şeir günü - Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni” adlı tədbir reallaşacaq. İştirakçılara Türk dünyasının müxtəlif yerlərində yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət nəşr olunan kitab təqdim olunacaq.
Kembricdə azərbaycanlı professorun kitabının təqdimatı olub VİDEO
Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı olub
Rabat Amerikan Məktəbində Mədəniyyət Günü: Azərbaycan zəngin irsi ilə fərqlənib
Gəncə Dövlət Filarmoniyasında “Sözün gücü” layihəsi təqdim edilib
Görkəmli Azərbaycan bəstəkarının əsərləri Qahirə Operasında səsləndirilib