Azərbaycan futzal millisinin Çexiya ilə oyunlar üçün heyəti açıqlanıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisinin Çexiya yığmasına qarşı yoldaşlıq oyunları üçün yekun heyəti açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq.
Qapıçılar: 1. Emin Kürdov, 2. Vladislav Reznov (hər ikisi "Araz-Naxçıvan"), 3. Kamran Hacıyev ("Baku Fire");
Oyunçular: 4. Emil Həsənzadə, 5. Xəzər Ağalızadə, 6. İlham Alıyev, 12 Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), 7. Tofiq Mikayılov, 8. Murad Quluzadə, 9. Oktay Rüstəmli, 10. Fərid Abbasov (hamısı "Baku Fire"), 11. Eldar Zeynalov, 13. Mirzə Əmirov (hər ikisi "Neftçi İK").
Qeyd edək ki, oyunlar sentyabrın 19 və 20-də baş tutacaq.
Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim
Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib
Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb
Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb
“Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub