AQTA: İctimai iaşə obyektlərində qida tullantılarına dair tələblərə əməl olunmalıdır!
Bakı, 16 sentyabr, AZƏRTAC
İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl olunmalı, o cümlədən qida tullantılarına dair tələblər yerinə yetirilməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a daxil olan açıqlamada bildirilib ki, ictimai iaşə obyektlərində iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalı və kənarlaşdırılmalıdır.
Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda qablarda qalan tullantılar boşaldılaraq təmizlənməli və dezinfeksiya edilməlidir. Qida tullantıları gigiyena və ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmaq şərtilə kənarlaşdırılmalı, birbaşa və ya dolayı yolla çirklənmə mənbəyi olmasının qarşısı alınmalıdır. Çirklənmənin qarşısının alınması üçün qida məhsullarının daşınması və tullantıların kənarlaşdırılması eyni zamanda həyata keçirilməməlidir.
Həmin qaydalara əməl olunmadıqda bir sıra təhlükəli hallar meydana çıxır ki, bu da kütləvi zəhərlənmələrə və insanın həyat və sağlamlığı üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.
İkinci Dünya müharibəsi iştirakçılarına qayğının daha bir ifadəsi
Xəbərdarlıq: Aprelin 22-24-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
Lənkəranda çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub
Xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub
Sumqayıtdakı “Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb