×
A
A
A
Sazlamalar

Konstitusiya Məhkəməsi Palatasının iclasında Səbail Rayon Məhkəməsinin müraciətinə baxılıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-ci maddəsinin şərh edilməsinə dair Bakı Şəhər Səbail Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 3-nə təyin edilmiş iclasında baxılacaq.

 

Cəmiyyət 2024-09-16 12:01:00