Azərbaycan çempionatları tarixində 14000-ci qol vurulub
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan çempionatları tarixinin 14000-ci qolu vurulub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının VI turunun “Sabah” – “Turan Tovuz” görüşünə (2:2) təsadüf edib. Matçdakı ikinci qol ölkə çempionatlarının 32 illik tarixinə 14000-ci kimi düşüb. Bu topun müəllifi qonaqların futbolçusu Roderik Miller olub.
Yubiley qolu 33 mövsüm ərzində baş tutan 5762-ci oyuna təsadüf edib. Bu qarşılaşmalardan 278-i texniki nəticə ilə yekunlaşıb. 14002 qol 5484 matçda vurulub.
Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.
KDÇ: PSJ 1/8 finalda, “Atletiko Madrid” qrupda qalıb
Azərbaycanın FIFA referisi Avropa çempionatının yarımfinal oyununa təyinat alıb
“Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku ilə görüş
"Liverpul" macarıstanlı futbolçu ilə anlaşıb
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları ilə görüş keçirilib