Türkiyə parlamentinin sədri: Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə qardaş Azərbaycanı təbrik edirəm
Ankara, 15 sentyabr, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakının daşnak-bolşevik işğalından azad edilməsinin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə parlamentinin sədri 106 il əvvəl qəhrəmancasına mübarizə apararaq Azərbaycan paytaxtının azad edilməsinə imkan yaradan Qafqaz İslam Ordusunun bütün əsgərlərinin xatirəsini ehtiramla yad edib.
“Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə qardaş Azərbaycanı səmimi-qəlbdən təbrik edirəm. Nuru Paşanın komandanlığı altında düşmənə qarşı vuruşan bütün qəhrəmanların xatirəsini dərin hörmət və ehtiramla yad edirəm”, – deyə Kurtulmuş sosial şəbəkələrdə yazıb.
Parlamentin sədri paylaşımı Qafqaz İslam Ordusunun əsgərləri və Nuru Paşanın arxiv fotoşəkili ilə tamamlayıb.
Azərbaycan diasporunun təmsilçiləri Duysburq-Essen Universitetində müzakirələr aparıblar
İordaniya və Cibuti nümayəndə heyətləri DOST Agentliyində olublar
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hüquq olimpiadasının qalibləri mükafatlandırılıb
“Venesiya” şadlıq sarayında baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi açıqlanıb