Oskar Piastri: İnkişafımda böyük rol oynadığına görə komandama təşəkkür edirəm
Bakı, 15 sentyabr, AZƏRTAC
"Bolidləri təkmilləşdirdiyinə, eyni zamanda, inkişaf etməyimdə böyük rol oynadığına görə komandama təşəkkür edirəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi olan “McLaren"in avstraliyalı pilotu Oskar Piastri deyib.
Avstraliyalı sürücü komandasının "Red Bull"u qabaqlayaraq konstruktorların çempionat cədvəlində zirvəyə qalxmasına münasibət bildirib: "Ötən il mən komandaya yeni qoşulanda sonuncu pillədə idik. O gündən indiyə kimi bir çox şeylərin dəyişdiyini görmək olur. İndi isə çempionata başçılıq edirik. Bu, doğrudan da əla nəticədir. Bu uğurda komandadakı hər kəsin əməyi var. Buna görə onlara minnətdaram".
“Real” və “Atletiko Madrid” görüşü heç-heçə ilə başa çatıb
Bundesliqa: “Borussiya Dortmund” evdə məğlub olub, “Bayer Leverkuzen” isə səfərdə xal itirib
Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar
Türkiyə Superliqası: "Beşiktaş" Sivasdan qələbə ilə qayıdır
Şahmat üzrə Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli olub