×
A
A
A
Sazlamalar

Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari” və “Red Bull”un pilotları mübarizəni dayandırıblar

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında iki pilot mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, "Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns və “Red Bull”un meksikalı sürücüsü Serxio Peresin idarə etdiyi bolid təhlükəsizlik maneəsinə çırpılıb. Onların avtomobili trasdan kənarlaşdırılıb.

İdman 2024-09-15 16:44:00