Formula 1 Azərbaycan Qran-Prisi: 10 dövrədən sonra “Ferrari"nin pilotu liderdir
Bakı, 15 sentyabr, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış davam edir.
AZƏRTAC xəbər verir ki, “Ferrari”nin monakolu sürücüsü Şarl Lekler 10 dövrədən sonra liderdir.
“McLaren”in avstraliyalı pilotu Oskar Piastri ikinci, "Ferrari"nin digər üzvü ispaniyalı Karlos Sayns üçüncüdür.
Hazırda pilotların siyahısında “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. “McLaren”də çıxış edən Lando Norris 241 xalla ikinci yerdədir. İlk “beşliy”i isə 217 xalla Şarl Lekler (“Ferrari”), 197 xalla Oskar Piastri (“McLaren”), 184 xalla Karlos Sayns (“Ferrari”) tamamlayırlar.
Konstruktorlar kubokuna isə 446 xalla “Red Bull” komandası başçılıq edir. “McLaren” 438 xalla ikinci, “Ferrari” 407 xalla üçüncü sırada yer alıblar. Sonrakı yerlərdə “Mercedes” (292), “Aston Martin” (74), RB (34), “Haas” (28), “Alpine” (13), “Williams” (6) və “Sauber” (0) komandaları qərarlaşıblar.
Nazim Sadıxov: Rəqibim Nikolas Mottadan çəkinmirəm
Çilili idmançı: Rafael Fiziyev yüksəksəviyyəli döyüşçüdür
Rusiyalı UFC döyüşçüsü: Bakıdakı turnirdə özümü hər kəsə sübut etməyə çalışacağam
Braziliyalı döyüşçü: Oktaqonda Nazim Sadıxovla gərgin döyüş olacaq
Konfrans Liqası: Bu gün “Zirə” və “Araz-Naxçıvan”ın rəqibləri bilinəcək