Almaniyada yaşayan azərbaycanlı həkimlər elmi müzakirələri davam etdirirlər
Bakı, 15 sentyabr, AZƏRTAC
Almaniyada yaşayan Azərbaycanlı Həkimlərin Bonnda keçirilən III Forumu növbəti panel müzakirələri ilə davam edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Elmi və klinik təcrübənin harmoniyası: birgə uğurun sirləri” mövzusunda panel əsl elmi müzakirə platformasına çevrilib. Panelin moderatoru Essen Universitet Klinikasında neyrocərrahiyyə üzrə aparıcı mütəxəssis professor Ramazan Cabbarlı olub.
Müzakirələrdə Frankfurt Universitet klinikasında ginekologiya və doğum institutunun aparıcı mütəxəssisi Xəyal Qasımlı, Maqdeburq Universitet Klinikasında ümumi, visseral, damar və transplantalogiya cərrahiyyəsi üzrə mütəxəssis həkim Mirhəsən Rəhimli, EKK Weyertalda ginekologiya və doğum şöbəsinin aparıcı mütəxəssisi Elvin Piriyev, Münxen Universitet xəstəxanasının, ümumi, abdominal və transplantoloji cərrahiyyə həkimi Uğur Ağamaliyev, Sangerhauzendə nevrologiya şöbəsinin həkimi Qumaş Babayeva, Bayreuth Klinikasında daxili xəstəliklər və kardiologiya şöbəsinin həkimi Fidan Malikova məruzə ilə çıxış edib, təcrübələrini bölüşüblər.
Müxtəlif mövzulara toxunan azərbaycanlı həkimlər həm də yeni təkliflər irəli sürüb, həmkarlarının Almaniya və dünya səhiyyə sistemində tutduqları mövqelərə diqqət çəkiblər.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 2022-ci il mayın 5-də Kölndə, II Forumu isə 2023-cü il noyabrın 18-də Berlində təşkil edilib.
Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Professor Mirzə Qurbanov vəfat edib
AQTA yanında Məşvərət Şurasının növbəti iclası keçirilib
Ukraynadan olan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib
“Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycanın mədəni irsi haqqında” mövzusunda tədbir keçirilib VİDEO