Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı start götürüb
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.
Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vuracaqlar.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.
Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.
İkiqat Olimpiya iştirakçısı Azərbaycan gimnastlarına ustad dərsi keçib
“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib
Misli Premyer Liqası: “Kəpəz” bu mövsüm ilk qələbəsini “Neftçi” üzərində qazanıb
Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəni darmadağın edib
Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar