Formula 2 Azərbaycan Qran-Prisinin qalibi: Yarış çox həyəcanlı keçdi
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakıdakı Qran-Pri çox həyəcanlı keçdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi olan “Trident” komandasının pilotu Rixard Versxor mətbuat konfransında deyib.
İyirmi dörd yaşlı niderlandlı sürücü nəticəyə görə çox xoşbəxt olduğunu qeyd edərək bildirib: "Nəhayət finişə hamıdan tez çataraq əsas yarışın qalibi oldum. Çox yaxşı yarış idi. Düzünü desəm, ikinci yeri tutan “ART Qrand Priks”in sürücüsü Viktor Martinin bolidi trasda ən sürətlisi idi. Amma yarışın sonlarına yaxın məni liderlikdə saxlaya biləcək bir neçə keyfiyyətli dövrə vura bildim. Buna görə çox şadam. Ümid edirəm ki, növbəti illərdə də bu uğuru təkrarlaya biləcəyəm".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış bu gün saat 15:00-da başlayacaq.
Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim
Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib
Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb
Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb
“Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub