Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb
Biləsuvar, 15 sentyabr, AZƏRTAC
Biləsuvar rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.
Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü şəkildə polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ordubad şəhərində vətəndaşlarla görüş olub, onları narahat edən məsələlər dinlənilib
Ağdamda “Mercedes” və “VAZ” avtomobilləri toqquşub
Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək